Samux rayonu ərazisində Kür çayında suyun səviyyəsinin qalxması nəticəsində köməksiz vəziyyətdə qalan 4 nəfər xilas edilib.
APA-nın yerli bürosunun məlumatına görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Samux rayon Dövlət Yanğından Mühafizə Hissəsi və Samux rayon İcra Hakimiyyətinin əməkdaşlarının birgə iştiraki ilə onlar Kürün ortasından kənara çıxarılıb.
Hazırda həmin şəxslərin vəziyyətlərinin normal olduğu bildirilir.
15:47
Samux rayonu ərazisində Kür çayında suyun səviyyəsinin qalxması nəticəsində bir ailənin 4 üzvü köməksiz vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin Samux Rayon Yanğından Mühafizə Hissəsi və rayon icra hakimiyyətinin əməkdaşları əraziyə cəlb olunublar.
Məlumatda qeyd olunub ki, hazırda birgə xilasetmə tədbirləri həyata keçirilir.
Qeyd edək ki, məsələ ilə bağlı ilk məlumatı APA yayıb.
Şərhlər