Ölkə 09:58 24.11.2020

Azərbaycanın Rus icması İlham Əliyevə müraciət etdi

Azərbaycanın Rus icması İkinci Qarabağ müharibəsindəki qələbə münasibətilə respublika Prezidenti İlham Əliyevə təbriklər göndərib.

Qaynarinfo xəbər verir ki, müraciətin mətnində Azərbaycan rəhbərinin Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün əlindən gələni etdiyini, lakin Ermənistanın destruktiv mövqeyinin münaqişənin artmasına səbəb olduğu vurğulanır.

Müraciət müəllifləri "Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli bəyanatı 30 illik müharibəyə son qoydu və Azərbaycan üçün qalib statusu aldı", - deyə qeyd edib.
 
Alpər