Maqazin 10:54 03.05.2018

Azərbaycanlı aktrisa Türkiyənin ən reytinqli serialına çəkilir

Aktrisa Könül Nağıyeva Türkiyənin məşhur serialı "Diriliş Ərtuğrul”a çəkilir.
 
Qaynarinfo-nun axsam.az-a istinadən məlumatına görə, bu haqda aktrisa özü xəbər verib. O bildirib ki, TRT-də yayımlanan bu ekran işində rol almaq onun üçün önəmlidir. Könül eyni zamanda canlandırdığı obrazdan da danışıb.

Aktrisa monqol ovçu Alanqoyu canlandıracaq. O, hiylə ilə Ərtuğrulun yanına daxil olub, öz əcdadlarının intiqamını almağa çalışacaq. Rolu üçün Könül saçlarını kəsdirib, xəncərlə oynamağı və at çapmağı öyrənib.

Qeyd edək ki, 3 ildir yayımlanan "Diriliş Ərtuğrul” serialı dünyanın 100 kanalında nümayiş etdirilir.