Foto 13:55 28.01.2018

Azərbaycanlı ər-arvad 200 porsuq dərisi ilə tutuldu (FOTOLAR)

İstanbulun Atatürk hava limanında azərbaycanlı ər-arvad saxlanılıb.

Qaynarinfo xəbər verir ki, onların yük çantasından 200 porsuq dərisi çıxıb.

Məlumata görə, Ukrayanın Odessa şəhərindən gələn azərbaycanlı Ş.A və həyat yoldaşının hərəkətləri pasport nəzarəti zamanı gömrük əməkdaşlarını şübhələndirib. Onlar sərnişinləri izləyib və Xarici Xətlər Terminalında saxlayıb. Yükləri yoxlanılan Ş.A və həyat yoldaşının 200 porsuq dərisini ölkəyə keçirməyə çalışdıları məlum olub. Hər iki şəxsə cinayət işi açılıb.

200 porsuq dərisinin bazar qiyməti 45 min lirədir (təxminən 20 min manat).