Xəbər lenti

Azərbaycanlı futbolçu Almaniyada 21-ci qolunu vurdu
İdman 09:30 17.03.2018

Azərbaycanlı futbolçu Almaniyada 21-ci qolunu vurdu

Almaniya Regional Liqasında təxirə salınmış bir oyun keçirilib. 

Qaynarinfo xəbər verir ki, Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun komandası "Dinamo" "Auerbax"ı qəbul edib.

Matçda hesabı 19-cu dəqiqədə qonaqlar açıb. Lakin "Dinamo" son 10 dəqiqədə nəinki məğlubiyyətdən qaça bilib, hətta qələbə də qazanıb. Əvvəlcə 81-ci dəqiqədə Rafael Brand hesabı bərabərləşdirib. Cəmi 4 dəqiqə sonra isə çempionatın bombardiri Dadaşov fərqlənərək, Berlin klubuna qələbə qazandırıb.

Bu nəticədən sonra xallarının sayını 40-a çatdıran "Dinamo" 2-ci pillədəki mövqeyini qoruyub. Rüfət Dadaşov isə 21-ci qolunu vurub.

Qeyd edək ki, Rüfət cari mövsümdə keçirdiyi 20 oyunda 21 qol vurub. O, Regional Liqanın "Şimal-şərq" zonasında bombardirlər yarışına başçılıq edir və ən yaxın izləyicisini 6 top qabaqlayır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->