Xəbər lenti

Azərbaycanlı gənc Harvard Universitetində professor kimi fəaliyyətə başladı (FOTO)
Ölkə06:07 11.03.2024

Azərbaycanlı gənc Harvard Universitetində professor kimi fəaliyyətə başladı (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanlı gənc Röya Talıbova Harvard Universitetinin Kennedi adına Dövlət İdarəetmə İnstitutunda professor (tenure-track) olaraq fəaliyyətə başlayıb. 
Qaynarinfo xəbər verir ki, o, bundan əvvəl Vanderbilt Universitetinin Siyasi elmlər departamentində və Data Elmləri İnstitutunda professor (tenure-track) vəzifəsində çalışıb. 
Qeyd edək ki, Röya Talıbova 2007-2011-ci illərdə Azərbaycan Dillər Universitetində Beynəlxalq münasibətlər və avropaşünaslıq ixtisası üzrə bakalavr təhsili alıb. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2014-cü ildə o, Harvard Universitetində dövlət idarəetməsi ixtisası üzrə magistratura pilləsində təhsilini davam etdirib.
Röya Talıbova 2015-2022-ci illərdə isə Miçiqan Universitetinin Statistika departamentində magistratura, Siyasi elmlər və elmi hesablamalar departamentində isə doktorantura təhsili alıb.