Xəbər lenti

Azərbaycanlı iş adamı "LUKOYL"un səhmlərini 879 milyona aldı
Ekonomiks 20:55 04.09.2017

Azərbaycanlı iş adamı "LUKOYL"un səhmlərini 879 milyona aldı

"LUKOYL" şirkətinin rəhbəri Vahid Ələkbərov birjadankənar bazarda şirkətin 300 min ədəd adi səhmini 879,3 milyon rubla əldə edib.

"Qaynarinfo" APA-ya istinadən xəbər verir ki, bu barədə şirkətin məlumatında bildirilir.

Beləliklə, V.Ələkbərovun "LUKOYL"-da payı 2,429%-dən 2,464%-dək artıb.

Qeyd edək ki, sirkətin əsas sahibləri V.Ələkbərov və vitse-prezident Leonid Fedundur. V.Ələkbərov neft-qaz şirkətinin 22,96% , L.Fedun isə 9,78% səhmlərin sahibidir.

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->