İraqın Tel Əfar şəhərində məğlub olan İŞİD terror qrupunun 250-yə yaxın üzvü ailələri ilə birlikdə təslim olub.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, peşmərgəyə təslim olan terrorçular arasında Azərbaycan, Türkiyə, Yəmən, Tunis, İraq, Əfqanıstan, Misir vətəndaşları var.
Bildirilir ki, Tel Əfarda İraq ordusu tərəfindən öldürülməkdən qorxan terrorçular ailələri ilə birlikdə təslim olublar.
Azərbaycanlı terrorçular sayı və adları barədə məlumat verilmir.
Gülşən
Qaynarinfo.Az
Şərhlər