Azərbaycanlı karateçi:

Azərbaycanlı karateçi: "Messi Allahın bəlasıdır"

Azərbaycan millisinin karateçisi Rafael Ağayev dünya futbolunun aparıcı simaları Lionel Messi ("Barselona") və Kriştianu Ronaldunu ("Real Madrid") müqayisə edib.

Titullu idmançı "Report”un "Instagram” səhifəsindəki canlı yayımda bildirib ki, sözügedən oyunçuların hərəsinin öz üstünlükləri var.

Ağayevin sözlərinə görə, onlar bir-birilərini təkrar edə bilməzlər: "Komanda oyununda Messinin elədiklərini Ronaldu edə bilmir. Sırf hücumçu kimi isə əksinə, Ronaldu daha yaxşıdır. Fiziki baxımdan, hava toplarında Ronaldu üstündür. Messi isə Allahın bəlasıdır. Ondan hər şey gözləmək olar".

Karateçi ulduz futbolçuların gələcəkdə "Yuventus"da komanda yoldaşı olmalarını istədiyini əlavə edib.

Rafael Ağayev futbol üzrə milli komandamızın və "Qarabağ"ın katitanı Rəşad Sadıqovun karyerasını bitirməsindən də danışıb. Karateçi kapitanın karyerasını bitirməyinə inanmır: "Onunla tanışlığım tamam kənarda olub. Bunu özünə də bildirmişəm. Demişəm ki, bir də gördün qayıtdın oynadın. Artıq o, karyerasına məşqçi kimi davam edəcək. Rəşada işində uğurlar arzulayıram".

Ağayev Azərbaycan klublarına daha çox avrokuboklarda azarkeşlik etdiyini söyləyib: "Qarabağ”ın avrokuboklardakı bütün oyunlarını izləmişəm. Gedib stadionda "Rəşad”, "Qarabağ” qışqırırdım. Bir dəfə də dostumuz Hacı Əliyev bunu videoya çəkib məni biabır etmişdi".
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR