Foto 11:37 02.12.2021

Azərbaycanlı kriminal avtoritet həbs edildi (FOTO)

İnterpolun axtarışa verdiyi azərbaycanlı həbs olunub.

Barəsində beynəlxalq axtarış elan edilmiş 1990-cı il təvəllüdlü İbrahim Muxtarovun cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hazırda onun işinə hakim Faiq Qəniyevin sədrliyi ilə baxılır.

Qeyd edək ki, İbrahim Muxtarov 2014-cü ilin avqustun 16-da Bakıda yerləşən gecə klublarının birində Böyükağa Əliyevi qətlə yetirməkdə ittiham olunub. İ.Muxtarov barəsində Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb. Təqsirləndirilən şəxs istintaqdan yayındığı üçün Azərbaycan məhkəmə orqanı onun barəsində həbs qətimkan tədbiri seçib və axtarış elan edilib.

Həmçinin oxuyun: Polis Şöbəsinin iki vəzifəli şəxsi işdən çıxarıldı

Bir müddət öncə İ.Muxtarov Ukraynada tutularaq Azərbaycana ekstradisiya edilib. Məlumata görə, İbrahim Muxtarov kriminal aləmin üzvü olub.//Qafqazinfo.az