Dağıstan Rkspublikasının Dərbənd rayonunun başçısı Məhəmməd Cəlilov vəzifədən uzaqlaşdırılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Məhəmməd Cəlilov vəzifədən kənarlaşdırılmaqla yanaşı, ev dustaqlığına məhkum edilib. O, vəzifə səluhiyyətlərindən sui-istifadədə günahlandırılır. İstintaqın məlumatına görə, Məhəmməd Cəlilov 2015-ci ildə vəzifə səlahiyyətlərini aşaraq iki yerli sakinə hər biri bir hektar olmaqla həyatyanı sahə verərək Dərbənd bələdiyyəsinə 2,2 milyon rubl ziyan vurub.
Şərhlər