Azərbaycanı təmsil edən fiqurlu konkisürənlər – Aleksey Sitnikov-Yuliya Zlobina cütlüyünün millimizdən imtina edib. Azərbaycan Konkisürmə Federasiyasında isə işlər qaydasında deyil.
Belə ki, federasiyanın prezidenti İsgəndər Xəlilov tapılmır. Bunu federasiyanın vitse-prezidenti Fuad Quliyev oxu.az-a açıqlamasında deyib:
"Faktiki olaraq federasiyanın prezidenti mənəm. Çünki İsgəndər Xəlilovu son vaxtlar görməmişik. Onu nə Azərbaycanda, nə də Rusiyada görən olub. Federasiya başsız qalıb”.
Qeyd edək ki, İsgəndər Xəlilov Azərbaycanda və Rusiyada fəaliyyət göstərən biznesmen kimi tanınır. Azərbaycanlı milyarderin ən məşhur obyektləri "İSR Plaza”, "Hilton Baku” hoteli və "McDonald`s” şəbəkəsi göstərilir.
Onu da bildirək ki, İsgəndər Xəlilovun oğlu Rauf Xəlilov Xizəksürmə Federasiyasının prezidentidir. Digər oğlu Rəhman Xəlilov isə vaxtı ilə yaradılmış, lakin sonradan fəaliyyətini dayandırmış Bobsley Federasiyasının prezidenti olub.
Şərhlər