"Space" telekanalında yayımlanan "Nahara qədər” verilişinin qonağı olan xanəndə Eldəniz Məmmədov təyyarədə başına gələn hadisəni danışıb.
Qaynarinfo yenicag.az-a istinadən xəbər verir ki, xanəndə ölümdən döndüyünü bildirib:
"Təyyarə Almatıya enəndə o qədər silkələnirdi ki, bütün uşaqlar qışqırırdı. Dostumuz Zemfira İbrahimova da deyirdi ki, Eldəniz səni belə olasan, elə olasan. Bizim nə işimiz vardı bu Almatıda. Doğrudan da dəhşətli bir silkələnmə vardı. Dağların üstü ilə uçurduq, yağış da yağırdı, çox qorxulu idi”.
Qeyd edək ki, sözügedən veriliş həftəiçi hər gün saat 12:30-da əməkdar artist Sevinc Əliyeva və Şəbnəm Turanın təqdimatında yayımlanır.
Şərhlər