Azərbaycanlı şahmatçılar ilk dəfə bitkoin üçün mübarizə aparacaq (FOTO/VİDEO)

Azərbaycanlı şahmatçılar ilk dəfə bitkoin üçün mübarizə aparacaq (FOTO/VİDEO)

Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun altıncı mərhələsinin bütün iştirakçıları açıqlanıb.

Oxu.Az xəbər verir ki, 23-31 may tarixlərində baş tutacaq əsas mərhələ "Kripto Kuboku” ("FTX Crypto Cup”) adlanacaq. Onlayn yarışda yenə Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov mübarizə aparacaq.

Azərbaycan təmsilçiləri və norveçli dünya çempionundan başqa, digər 13 şahmatçı bunlardır: Maksim Vaşye-Laqrav (Fransa), Dinq Liren (Çin), Hikaru Nakamura, Fabiano Karuana, Vesli So (hər üçü ABŞ), Aleksandr Qrişuk, Yan Nepomnyaşi, Daniil Dubov, Pyotr Svidler (hamısı Rusiya), Levon Aronyan (Ermənistan), Aniş Qiri (Niderland), Əlirza Firuzca (FIDE), Alan Piçot (Argentina).

Bu mərhələdə ilk dəfə dünyanın Top-10 şahmatçısı mübarizə aparacaq. Məsələn, reytinqdə dünya ikincisi Fabiano Karuana ilk dəfə bu yarışa qatılacaq. Turnirin daha bir ilki mükafat fondunun daha yüksək – 320 min dollar dəyərində olmasıdır. Bunlardan 220 mini pul, 100 mini bitkoindir. Dünya şahmat tarixində ilk dəfə mükafatçılara bitkoin verilməsi məhz bu turnirdə baş tutacaq.

Təbii ki, bütün gözlər mayın 23-də II tur çərçivəsində keçiriləcək Maqnus Karlsenlə Yan Nepomnyaşinin görüşündə olacaq. Çünki bu ikili noyabrda dünya çempionu olmaq üçün mübarizə aparacaq.

Teymur Rəcəbov ilk turda Hikaru Nakamura ilə, Şəhriyar Məmmədyarov isə Maqnus Karlsenlə qarşılaşacaq. Hər gün görüşlər Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

X
XƏBƏRLƏR
BLOGLAR