Video 11:15 26.11.2018

Azərin məşhur türk serialında Qarabağ üçün oxudu (VİDEO)

Türkiyə istehsalı olan "Savaşçı” adlı serial ölkəmizdə də maraqla izlənilir. Bu filmdə azərbaycanlı kinorejissor Kənan MM-in rol alması barədə artıq məlumat vermişik.

Aktyor filmdə türk ordusunda xidmət edən azərbaycanlı zabit rolunu canlanıdır.

Filmin dünən axşam yayımlanan bölümündə isə tanınmış müğənni Azərin rol alaraq "Çırpınırdı Qara dəniz” mahnısını ifa edib.

Mahnının son misralarına dəyişiklik edən müğənni "türkün bayrağını Qarabağda asacağıq” deyə ifa edərkən bu əsgərlərin gurultu alqışına səbəb olur və mahnının bir  təkrar səsləndirilməsi xahiş edilir.

Qaynarinfo oxu.az-a istinadən həmin görüntüləri təqdim edir: