“Azəriqaz” media nümayəndələri üçün növbəti “Açıq qapı” aksiyası keçirdi (FOTO)

“Azəriqaz” media nümayəndələri üçün növbəti “Açıq qapı” aksiyası keçirdi (FOTO)

Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyinin ayrı-ayrı struktur bölmələrinin rəhbər şəxsləri "Açıq qapı” aksiyası çərçivəsində Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri ilə görüş keçirib.

Qaynarinfo quruma istinadən xəbər verir ki, görüşdə media nümayəndələrinin dağlıq rayonlarda qaz limitinin artırılması, mavi yanacağın qiymətində güzəşt olunması, Bakıətrafı qəsəbələrdə payız-qış mövsümlərində bəzi hallarda qaz təzyiqinin aşağı olması, ödəniş terminalları haqqında və s.suallarına aydınlıq gətirilib.

Bundan əlavə, görüşdə "Azəristiliktəchizat” ASC-nin "Azəriqaz” a borcu ilə bağlı məsələyə də münasibət bildirilib. Bir daha deyilib ki, həmin qurum fərdi şəxslərlə paralel olaraq "Azəriqaz”a da münasibətdə istehlakçıdır və qazın dəyərini ödəməlidir.

Hər həftə təşkil olunan "Açıq mikrofon” aksiyası İstehsalat Birliyinin "Facebook” səhifəsində canlı yayımlanır. Vətəndaşlar da öz suallarını canlı yayım vasitəsilə ünvanlaya bilirlər.

Növbəti aksiya dekabrın 10-da "Azəriqaz”ın baş direktoru Ruslan Əliyevin iştirakı ilə təşkil olunacaq.

XƏBƏRLƏR
BLOGLAR
X