Foto 15:59 23.07.2021

“Azəriqaz”ın rəhbər şəxsləri onlayn vətəndaş qəbulu keçirdi (FOTO)

 
Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Qax rayonunun, baş direktorun istismar üzrə müavini Cahid Hüseynov Ağdaş rayonunun, baş direktorun əsaslı tikinti üzrə müavini Ramil İsgəndərov isə Qəbələ rayonunun sakinləri ilə birbaşa videobağlantı yaratmaqla onlayn vətəndaş qəbulu keçiriblər.

Bu barədə Qaynarinfo-ya "Azəriqaz”dan məlumat verilib.

Məlumata görə, qəbulda qaz xətlərinin yerinin dəyişdirilməsi, fərdi qaz çəkilişləri və s. müraciətlər ünvanlanıb. Qaldırılan məsələlərin həllinə dair baş direktor və müavinləri Zaqatala qaz istismarı İdarəsinin məsul əməkdaşlarına vətəndaşların müraciətlərinə operativ baxılmasına dair müvafiq tapşırıqlarını veriblər. Onu da qeyd edək ki, vətəndaş qəbulu baş direktorun "İnstagram” səhifəsində canlı yayımlanıb.

Həmçinin, baş direktor vətəndaş qəbulundan dərhal sonra rəsmi "Facebook” səhifəsində canlı yayım edərək sosial şəbəkə izləyicilərinin də suallarını cavablandırıb. Abunəçilərdən daxil olan müxtəlif müraciətlərə baxılıb. Birliyin müvafiq struktur rəhbərləri də canlı yayıma qoşularaq vətəndaşların qazlaşma, texniki təhlükəsizlik və s. mövzularda ünvanlanan suallarını operativ cavablandırıblar.