Xəbər lenti

Daha iki nəfər batdı - Birinin 91, digərinin 17 yaşı var... (VİDEO)
Video 13:28 01.07.2025

Daha iki nəfər batdı - Birinin 91, digərinin 17 yaşı var... (VİDEO)

Şirvan kanalının Hacıqabul rayonu, Qarasu kəndindən keçən hissəsində və Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində vətəndaşlar batıb.

Qaynarinfo xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.

Bildirilib ki, məlumatlarla əlaqədar dərhal hadisə yerinə nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları cəlb edilib.

Hazırda batdığı ehtimal olunan müvafiq olaraq 1934-cü il təvəllüdlü Salahov Süleyman Xanəhməd oğlu və 2008-ci il təvəllüdlü Əmirov Anar Rəşad oğlunun axtarışları FHN-in qüvvələri tərəfindən davam etdirilir.

Əlavə məlumat veriləcək.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->