Ekonomiks 12:44 05.09.2019

“Azərişıq” rəhbərliyi vətəndaşların müraciətlərini dinlədi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin sntyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, "Azərişıq” ASC-nin rəhbərliyi Shimal qerb bölgəsindən olan vətəndaşların müraciətlərini dinləyib.

Qaynarinfo xəbər verir ki, "Azərişıq” ASC-nin sədrinin vəzifəsini icra edən Vüqar Əhmədov sentyabr ayinin 5-de Qebele sheherinde (Qebele ve Ismayilli rayonu) 18-ə yaxın vətəndaşı qəbul edib.

Qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstəsi qoyulub.

ASC-nin müvafiq qurumlarının rəhbərlərinin də iştirak etdiyi qəbullarda (Qebele,Ismayilli ve Oguz) rayonlarından olan hər bir vətəndaşın müraciət və təklifi diqqətlə dinlənilib.

Vətəndaşların fərdi müraciətlərini diqqətlə dinləyən "Azərişıq” ASC-nin rəhbərliyi bütün məsələlərin qanunvericiliyə uyğun və operativ şəkildə həll edilməsi üçün cəmiyyətin əlaqədar struktur qurumlarının rəhbərlərinə və rayon elektrik şəbəkələrinin rəislərinə müvafiq göstərişlər verib. Vətəndaşların müraciətlərinin əsas hissəsi yerindəcə həllini tapıb. Araşdırılma tələb edən müraciətlər nəzarətə götürülüb və operativ həlli üçün icraya yönəldilib.
ASC-nin fəaliyyət istiqamətlərinə aid olmayanların isə qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilib. Qeyd olunub ki, birbaşa vətəndaşların iştirakı ilə məsələlərin həlli təmin ediləcək.

Eyni zamanda, "Azərişıq” ASC-nin sədrinin müavini Ramil Yusifov Oguzda 15-yaxin vətəndaşın müraciətlərini dinləyib.

Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.