Ölkə 17:03 15.09.2020

"Azərsu" 1 manatlıq tenderin qalibi oldu

"Respublika Neyrocərrahiyyə Xəstəxanasi" su təchizatı, tullantı suların axıdılması xidməti və ÇSS80K-smart tipli su sayğacına kalibrləmə xidməti ilə bağlı tenderə yekun vurub. 

Qaynarinfo MediaPost-a istinadən xəbər verir ki, hər iki tender üzrə Azərsu ASC qalib elan edilib. ASC ilə içməli su xidməti  üzrə 1 AZN məbləğində müqavilə imzalanıb. Müqavilənin müddəti 3 ildir. 

Su sayğaclarının kalibrləmə xidməti üzrə isə ASC-nin Nəzarət Ölçü Cihazları İdarəsi ilə 45,08 AZN məbləğində müqavilə imzalanıb. Bu xidmət  2020-ci ilin sonuna kimi göstəriləcək.