Ötən ay Yevlax rayon əhalisinin bir qisminə "Azərsu" tərəfindən artıq borc yazılıb.
Bu barədə Qaynarinfo-ya rayon sakinləri tərəfindən edilən şikayətdə bildirilib.
Adi vaxtlarda adam başına 2,25 AZN ödənilsə də, sırf noyabr ayının bildirişlərində ailə tərkibi çox olan evlərə normadan artıq borc yazılıb.
İddiala görə, rayona yeni İH başçısı təyin edildikdən sonra qurumlarda ciddi yoxlama işləri aparılır. Və rayonun "su idarəsi"ndə yeyinti olduğu üçün, bu addıma əl atılaraq, yoxlamadan "üzüağ" çıxmaq məqsədiylə abonentlərə artıq borc yüklənib.
Məsələni araşdırmaq üçün Azərsu ASC-nin mətbuat katibi Anar Cəbrayıllı ilə əlaqə saxladıq. Qurum rəsmisi Qaynarinfo-ya açıqlamasında bu iddiaları rədd etdi:
"İcra Hakimiyyəti "Azərsu"nun maliyyə dövriyyəsinə baxmır, "Azərsu" özü baxır. Hər adamdan bir neçə manat yığmaq, yeyinti nədir?! Orada Xəqani Vəliyev region üzrə rəis olaraq çalışır, çox yaxşı da işçidir. Üzün müddət "Azərsu"da işləyib. Onu Bakıdan göndərmişik, orada da yaxşı səliqə-səhman yaradıb. Bu məlumatı təkzib edirəm. Belə bir şey ola bilməz".
Röya Kərimli
Şərhlər