Azərbaycanda koronavirus (COVID-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlər çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) aztəminatlı ailələrə sosial yardımlarını davam etdirir.
SOCAR-dan "Report"a verilən məlumata görə, bu dəfə yardımlar "Azneft” İstehsalat Birliyi və şirkətin Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən ailələrə çatdırılıb.
Məlumatda bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirusa qarşı mübarizə tədbirləri davam etdirilir:
"Dövlət başçısının və Birinci-vitse prezident Mehriban xanım Əliyevanın çağırışlarına əsasən, karantin rejimi ilə əlaqədar olaraq yaşı 65-i keçmiş insanlara, tənhalara, ahıl vətəndaşlara, eləcə də aztəminatlı ailələrə davamlı olaraq yardımlar paylanılır. Yardım göstərilən ailələr diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə və Birinci-vitse prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər. Şirkət karantin müddətində yardım aksiyasını davam etdirəcək".
Xatırladaq ki, SOCAR mütəmadi olaraq sosial aksiyalarda iştirak edir. Pandemiya dövründə də şirkət aztəminatlı ailələrə yardım göstərir. İndiyədək şirkət tərəfindən Nizami, Sabunçu, Xətai, Suraxanı, Siyəzən rayonlarında, eləcə də bir sıra qəsəbələrdə məskunlaşan aztəminatlı ailələrə yardımlar paylanılıb.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər