Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi fiziki şəxs İbrahimov Niyazi İdrsi oğlu ilə satınalma müqaviləsi imzalayıb.
Qaynarinfo xəbər verir ki, müqavilədə ofis sahəsinin icarəsi nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 18 700 manat təşkil edir.
Satınalma proseduru birmənbə metodu ilə həyata keçirilib. İcarə müddəti və ofisin sahəsi barədə açıq mənbələrdə məlumat yoxdur.
Niyazi İbrahimova gəlincə, o, Gəncə Tibb Kollecinin keçmiş direktorudur. Niyazi İbrahimov hazırda Şans Tibb Mərkəzinin Gəncə filialında ümumi cərrah işləyir. Onun oğlu İdris İbrahimov isə "Xannı-2017" şirkətinin rəhbəridir.
Seyid
Şərhlər