Xəbər lenti

"Brent” nefti bahalaşdı
Ekonomiks09:48 07.11.2026

"Brent” nefti bahalaşdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin yanvar müqaviləsinin dəyəri 0,03% artaraq 1 barelə görə 98,32 ABŞ dolları təşkil edib.

Qaynarinfo xəbər verir ki, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında 2026-cı ilin dekabr ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 0,34% artaraq 90,83 ABŞ dollarına bərabər olub.