Xəbər lenti

Evdə partlayış olub, xəsarət alanlar var (VİDEO)
Ölkə23:48 06.11.2026

Evdə partlayış olub, xəsarət alanlar var (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Fərdi yaşayış evində güclü partlayış olub, ər və arvad ağır yanıq xəsarətləri alıb.

Qaynarinfo Xezerxeber.az-a istinadən xəbər verir ki, hadisə Abşeron rayonunun Fatmayı kəndində baş verib.

Dərhal əraziyə polis və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə nəticəsində ağır xəsarətlər alan 75 yaşlı Ağəmməd Məmmədov və həyat yoldaşı, 70 yaşlı Tamamgül Qurbanova xəstəxanaya yerləşdiriliblər.

Partlayış nəticəsində xəsarət alan Ağəmməd Məmmədovun hazırda vəziyyətinin ağır olduğu bildirilir.

İlkin ehtimallara görə, partlayışa qaz sızması səbəb olub. Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.