
Baku TV 8 Noyabr - Zəfər Günü münasibətilə "Zəfərdən doğan işıq" adlı süjet hazırlayıb.
Qaynarinfo xəbər verir ki, videomaterialda Vətən müharibəsində əldə olunan Qələbədən sonra azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərindən, enerji infrastrukturunun yenidən qurulmasından, hətta keçilməsi çətin olan relyefli ərazilərin elektrik enerjisi ilə təmin edilməsindən bəhs olunur.
Süjetdə sıldırım qayalar boyunca uzanan elektrik xətləri, ağır şəraitdə fəaliyyət göstərən mütəxəssislərin əməyi və Qarabağda yeni həyatın qurulması istiqamətində gecə-gündüz aparılan işlər öz əksini tapıb.
Qeyd olunur ki, bölgədə yandırılan hər bir işıq, çəkilən hər bir elektrik xətti "Böyük Qayıdış" prosesinə verilən töhfə və gələcəyə doğru atılan növbəti addımdır.
"Zəfərdən doğan işıq" adlı süjeti noyabrın 7-də saat 21:45-də "Baku TV"də izləyə bilərsiniz.