Xəbər lenti

Qadın voleybolçular arasında Azərbaycan Superliqasına start verilib
İdman19:16 06.11.2026

Qadın voleybolçular arasında Azərbaycan Superliqasına start verilib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qadın voleybolçular arasında Azərbaycan Superliqasında yeni mövsümə 2 oyunla start verilib.

Qaynarinfonun məlumatına görə, I turda "Milli Aviasiya Akademiyası" "Gəncə" ilə, "Azərmaş Abşeron" isə "Naxçıvan"la üz-üzə gəlib.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilən "Azərmaş Abşeron" - "Naxçıvan" oyununda Naxçıvan təmsilçisi 3:0 (25:20, 25:13, 25:12) hesablı qələbə qazanıb.

"Milli Aviasiya Akademiyası" Voleybol Klubunun idman zalında gerçəkləşən "Milli Aviasiya Akademiyası" - "Gəncə" matçında isə ev sahibləri qalib gəliblər - 3:0 (25:22, 25:17, 25:19).