
UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunda Türkiyənin "Beşiktaş" klubu səfərdə Şotlandiya təmsilçisi "Seltik"ə 3:2 hesabı ilə məğlub olub.
Qaynarinfo xəbər verir ki, "Beşiktaş"ın heyətində Junior Olaitan 54-cü, Orkun Kökçü isə 86-cı dəqiqədə fərqləniblər.
"Seltik"in qələbəsini Kallum Osmandın 62-ci dəqiqədə vurduğu qol və sabiq "Qarabağ"lı Kamilo Duranın 78-ci və 87-ci dəqiqələrdəki dublu təmin edib.
Bu nəticədən sonra "Beşiktaş" Avropa Liqasında ilk məğlubiyyətini alaraq 7 xalda qalıb. Şotlandiya klubu isə turnirdə ilk qələbəsini qazanıb və xallarının sayını 3-ə çatdırıb.