
Qobustan rayonunda beş nəfər göbələkdən zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, zəhərlənən şəxslər rayon sakinləri Miryaqub Bayramov, Zaur İlyasov, Etibar Bağıyev, Səfərxan Baloğlanov və Ağa Ağayevdir.
Onların Qobustan Rayon Mərkəzi Xəstəxanasına çatdırıldığı bildirilir.
İlkin məlumata görə, zəhərlənən şəxslər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Regional Yol İstismarı İdarəsinin əməkdaşlarıdır. Ehtimal olunur ki, onlar işlədikləri ərazidə yol kənarından topladıqları göbələkləri yeyiblər.
Faktla bağlı araşdırma aparılır.