Xəbər lenti

Bakıda tələbənin bıçaqlanmasının səbəbi (VİDEO)
Ölkə23:57 05.11.2026

Bakıda tələbənin bıçaqlanmasının səbəbi (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı Humanitar Kollecində tələbələr arasında baş verən bıçaqlanma hadisəsi ilə bağlı təfərrüat məlum olub.

Axar.az Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə ilə bağlı şahidlər danışıblar.

Onlar qeyd ediblər, həmin şəxslərdən biri kollecin digər korpusunda təhsil alıb və səhər saatlarında bu binaya gəlib. Şahidlər bildirirlər ki, hadisəyə səbəb bir qız olub.

Kollecin məlumatına əsasən, xəsarət alan tələbəyə müvafiq tibbi yardım göstərilib. Hazırda səhhətinin qənaətbəxş olduğu deyilir.