Xəbər lenti

Qurban Qurbanov məğlubiyyətdən danışdı: "Gözləmirdim"
Ölkə22:57 06.11.2026

Qurban Qurbanov məğlubiyyətdən danışdı: "Gözləmirdim"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Futbolçularımın məsuliyyətindən və oyuna yanaşmasından razı qaldım".

Qaynarinfo xəbər verir ki, bunu Misli Premyer Liqasının XI turunun "Qarabağ" - "Turan Tovuz" oyunundan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov deyib.

O bildirib ki, rəqibə qapıları qarşısında yüzfaizlik qol imkanı yaratmağa imkan verməyiblər:

"Rəqibi qələbə münasibətilə təbrik edirəm. Artıq bir neçə turdur ki, inamlı təsir bağışlayırlar. Bu məğlubiyyətə baxmayaraq, yolumuza davam edəcəyik. Qarşıda uzun yol var. Çalışmalıyıq ki, qarşıdakı oyunlarda qələbə qazanaq. Hücumda daha diqqətli olmalıyıq. Daha dəqiq oynamağı bacarmalıyıq".

Baş məşqçi komandanın uyğunlaşma prosesinə də toxunub:

"Heyət yenidir və uyğunlaşma prosesinin bu qədər uzun çəkəcəyini gözləmirdim. Amma müsbət irəliləyiş görünür. Komandamız oyundan-oyuna inkişaf edir. Daha da yaxşı olacağına inanıram".

Qeyd edək ki, "Azersun Arena"da keçirilən "Qarabağ" - "Turan Tovuz" qarşılaşması qonaqların 0:1 hesablı qələbəsi ilə başa çatıb.