
Bu gün Misli Premyer Liqasında XI turun növbəti qarşılaşmaları keçiriləcək.
Qaynarinfo xəbər verir ki, günün proqramına iki görüş daxildir.
İlk matçda "Şəfa" "Araz-Naxçıvan"ı qəbul edəcək. "SOCAR Polymer Arena"da keçiriləcək qarşılaşma saat 16:00-da başlayacaq.
Günün digər görüşündə "Zirə" "Qəbələ" ilə üz-üzə gələcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək oyun saat 18:30-da start götürəcək.
Misli Premyer Liqası
XI tur
7 noyabr
16:00. "Şəfa" - "Araz-Naxçıvan";
18:30. "Zirə" - "Qəbələ".