Bağdad aeroportuna raket hücumu edildi

Bağdad aeroportuna raket hücumu edildi

Bağdad Beynəlxalq Hava Limanına raket zərbəsi endirilib.
 
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, İraqın paytaxtı Bağdad şəhərində yerləşən Beynəlxalq Hava Limanına növbəti hücum olub.
 
İraq Müdafiə Nazirliyi tərəfindən verilən açıqlamada hava limanına 2 raketin düşdüyü və hücumun heç bir ziyan vermədiyi deyilib. 
 
Qeyd edək ki, keçən həftə Bağdad aeraportu yaxınlığında yerləşən ABŞ hərbi bazasıda oxşar hücuma məruz qalıb. Hərbi bazaya hücum zamanı 2-si ağır olmaqla, 6 nəfər yaralanıb. Bundan sonra ABŞ rəsmiləri açıqlama verərək, bazanı hədəf alan hücumun inkişaf etmiş raketlər tərfindən olduğunu bildirib.
Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR