Xəbər lenti

"Bahar Store" yanğın təhlükəsizliyi qaydalarını pozub
Ekonomiks13:04 26.12.2024

"Bahar Store" yanğın təhlükəsizliyi qaydalarını pozub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda "Bahar Store" markası altında kosmetika məhsullarının satışını həyata keçirən "Bahar Store LLC" Məhdud Məsuliyyətli Cəmiyyəti yanğın təhlükəsizliyi qaydalarını pozduğu üçün cərimələnib.
Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində Fövqəladə Hallar Nazirliyi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi) maddəsi ilə cərimə protokolu tərtib olunub. 
İşə baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib və 07.01.2025-ci ildə hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.  
Aydın