İdman 16:24 06.10.2017

Bakı Autizm Klubu «Qarabağ»ın qonağı oldu

Bakı Autizm İdman Klubunun üzvləri "Qarabağ" futbol klubunun təlim məşq bazasında qonaq olublar. 

Klubdan verilən məlumata görə, təlim məşq bazasına gələn autizmli gənc və uşaqlar Qarabağ klubunun üzvləri ilə birlikdə məşq ediblər. Bakı Autizm İdman və Yaşam Klubunun direktoru Elnur Məmmədov dəvətə görə Qarabağ klubunun üzvlərinə və rəhbərliyə təşəkkür edib: 

"Autizmli uşaqlar üçün bu cür görüşlərin təşkil edilməsi onlar üçün də faydalıdır. Dəvət üçün başda Qarabağ klubunun rəhbərliyi olmaqla, klubun bütün üzvlərinə təşəkkür edirik. Autizmli uşaqlar da cəmiyyətin bir üzvüdür. Onları unutmaq və xəstə adlandırmaq olmaz. Biz klubumuzda bu uşaqlara idman vərdişləri aşılamaqla yanaşı, onlara həm də mənəvi dəstək oluruq".

Qaynarinfo.Az