Foto 17:17 05.03.2020

“Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” da gücləndirilmiş iş rejiminə keçdi (FOTOLAR)

Azərbaycanda "Koronavirus - 2019-nCoV” virusunun qarşısını almaq məqsədi ilə zəruri profilaktiki işlər davam etdirilir.

Qaynarinfo-nun verdiyi xəbərə görə, bu tədbirlər çərçivəsində "Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC də gücləndirilmiş iş rejiminə keçib.

Belə ki, liman ərazisində, giriş və çıxışlarda lazimi tədbirlər görülüb və ərazidə dizenfeksia işləri aparılıb. Liman ərazisinə daxil olan hər bir kəs raspiratorla təmin edilir.