Paytaxtın Binə kəndində yollar bərbad vəziyyətə düşüb.
Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Facebook” sosial şəbəkəsində Zülfiyyə Quluyeva adlı istifadəçi görüntülər paylaşıb.
Binə kəndinin Südçülük adlanan ərazisində yol kənarında su ötürücülərinin olmaması səbəbindən yağış suları yolun üst qatını yuyaraq geniş çalalar əmələ gətirib, və bu da kənd sakinlərinə çətinliklər yaradıb.
Ərazidə yaşayan qadın və uşaqlar çala-çuxur, palçıq içində olan yolları düzəltməyə çalışıblar.
Yerli sakinlər yaranmış vəziyyətdən narazılıqlarını ifadə ediblər.
Şərhlər