"Keşlə”də baş məşqçi təyinatı gerçəkləşib. Qaynarinfo xəbər verir ki, bu barədə bu gün keçirilən klubun Müşahidə Şurasının iclasında qərar verilib.
Paytaxt təmsilçisi Yuri Maksimovla 6 aylıq müqavilə imzalayıb. Ukraynalı mütəxəssis mövsümün sonuna kimi komandaya başçılıq edəcək.
Qeyd edək ki, Maksimov bu vəzifədə Ramiz Məmmədovu əvəzləyib. Məmmədov isə klubun idman direktoru təyin edilib.
Şərhlər