Bakı məktəblərində müəllimlərin və şagirdlərin sayı

Bakı məktəblərində müəllimlərin və şagirdlərin sayı

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində ümumilikdə 318 məktəb fəaliyyət göstərir.  Onlardan 308-i ümumi təhsil məktəbi, 3-ü xüsusi tipli ümumi və  7-si əyani-qiyabi (axşam) tam orta məktəbidir.

Qaynarinfo BŞTİ-nə istinadən xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 27 930 müəllim çalışır və ümumi təhsil müəssisələrində ümumilikdə 414 844 şagird təhsil alır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində tabeliyindəki ümumi təhsil məktəblərinin:

I sinfində 45 800;
IX sinfində 32 315;
X sinfində 22 795;
XI sinfində 18 896;
XII sinfində 198 şagird təhsil alır.
XƏBƏRLƏR
BLOGLAR