Bakı metrosunda növbəti hadisə baş verib.
Bu barədə Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
Onun sözlərinə görə, hadisə metronun "İnşaatçılar" stansiyasında baş verib. Bu gün saat 18:50 radələrində bir nəfər sərnişin platformadan özünü qatar yoluna ataraq relslərin üzəri ilə metronun "Elmlər Akademiyyası" istiqamətinə qaçmağa başlayıb. Dərhal stansiya işçiləri relslərdəki gərginliyi dayandırıb və polis əməkdaşları ilə birlikdə həmin şəxsin axtarışlarına başlayıb. Həmin şəxs saxlanılıb. Məlum olub ki, həmin şəxs 1992-ci ilə təvəllüdlü Ələsgərov Tamerlan Rövşən oğludur. O hüquq-mühafizə orqanlarına təhvil verilib.
Hadisə nəticəsində qatarların hərəkətində 10 dəqiqə gecikmə olub və artıq gecikmə aradan qaldırılıb.
Şərhlər