Ölkə 13:29 16.03.2018

Bakı metrosunda qorxulu anlar: sərnişin relsin üstünə yıxıldı

Bakı Metropolitenində bu gün günorta saatlarında qorxulu anlar yaşanıb.

Qaynarinfo-nun məlumatına görə, qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Modern.az saytına deyib ki, saat 12 radələrində "İçərişəhər" stansiyasında sərnişin qatar yoluna - relslərin üstünə yıxılıb:

"85 yaşlı Məmmədova Sürayyə Söhbət qızı "İçərişəhər" stansiyasında qatar dayananda birinci vaqonun birinci qapısından düşüb. Sola dönüb stansiyadan çıxmaq əvəzinə sağa dönərək qatarın qabağından relslərin üstünə yıxılıb.

Əməkdaşlarımız xanımı stansiya yolundan çıxardıb. Görünüşdə ciddi xəsarət müşahidə edilməsə də təcili tibi yardıb çağrılıb. Məlumatları da özü verib. Xətdə ümumilikdə 3 dəqiqə gecikmə yaranıb”.