Xəbər lenti

Ölkə 21:05 10.06.2019

Bakı metrosunda sərnişinlər qatardan təxliyyə edildi

Bu gün saat 15:25-də metronun "İçərişəhər” stansiyasında qatarın əyləc sistemində nasazlıq yaranıb.Yaranan problemə görə, sərnişinlər dərhal qatardan təxliyyə edilib. Qatar isə depoya göndərilib.

Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun oxu.az-a verdiyi məlumata görə, qatarın əyləc sistemində yaranan nasazlıq səbəbi ilə platformaya xüsusi yanıq qoxusu yayılıb. Bu da sərnişinlər tərəfindən tüstülənmə kimi başa düşülüb. Təxliyyə edilən sərnişinlər başqa qatarla yola salınıblar.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->