Xəbər lenti

Polşa hökumətinin iclasının planlaşdırıldığı otaqda dinləmə qurğusu aşkarlandı
Dünya 14:55 07.05.2024

Polşa hökumətinin iclasının planlaşdırıldığı otaqda dinləmə qurğusu aşkarlandı

Mayın 7-də Katovitse şəhərində Polşa hökumətinin iclasının keçirilməli olduğu zalda dinləmə qurğularına oxşar qurğular tapılıb.

Qaynarinfo RMF24-ə istinadən xəbər verir ki, bu barədə nazir-xüsusi xidmət orqanlarının koordinatorunun nümayəndəsi Yatsek Dobjinski məlumat verib.

Dövlət mühafizəsi xidməti Daxili təhlükəsizlik agentliyi ilə əməkdaşlıq edərək Katovitsedə hökumətin iclasının keçirilməli olduğu zalda dinləmək üçün istifadə oluna bilən qurğular aşkar edərək demontaj edib. 

"Xidmətlər bu məsələ ilə bağlı əlavə tədbirlər görür”, - deyə spiker əlavə edib.

Dövlət mühafizəsi xidməti komandirinin nümayəndəsi Boquslav Perkovski şərhində bildirib ki, qurğular təhlükəsizlik protokollarının tələb etdiyi kimi, iclasdan əvvəl adi yoxlama zamanı aşkarlanıb. Bundan sonra Daxili təhlükəsizlik agentliyinə məlumat verilib və onların mütəxəssisləri vəziyyətin aydınlaşdırılmasına cəlb edilib.

O, hansı cihazların aşkar edildiyini ətraflı açıqlamayıb.

Qeyd edək ki, Tusk bir sıra nazirlərlə Katovitseyə gedib və Katovitsedə keçirilən Avropa İqtisadi Konqresində bir çox hökumət üzvlərinin iştirak etməsi ilə əlaqədar hökumətin iclasını bu yerdə keçirməyi planlaşdırıb. Konqresin qonaqları arasında Avropa Komissiyasının sədri Ursula fon der Lyayen də var.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->