Ölkə ərazisində karantin rejiminin gücləndirilməsi ilə bağlı "Bakı Metropoliteni”nin iş saatları da azaldılıb. Bu da metronun girişində sıxlığın yaranmasına səbəb olub.
Sərnişinlər ara məsafəsi saxlamır, polisin "Məsafə saxla” xəbərdarlığına əməl etmirlər. Bu isə xüsusi karantin rejiminin tələblərinin pozulmasıdır. Tələbə əsasən, 10-dan çox insan bir yerə toplaşmamalıdır.
Xatırladaq ki, koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin qərarı ilə martın 29-dan etibarən Bakı metrosunun iş vaxtı beş saata endirilərək, səhər saat 07:00-dan 09:00-dək, axşam isə 17:00-dan 20:00-dək müəyyən edilib.
Nazirlər Kabineti yanında operativ qərargah bir daha vətəndaşları özünütəcrid qaydalarına riayət etməyə, zərurət yaranmadığı təqdirdə evdən bayra çıxmamağa, qərargahın tələb və tövsiyələrinə qeyd-şərtsiz əməl etməyə çağırıb.
Şərhlər