Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) gücləndirilmiş xüsusi karantin rejimində paytaxt ərazisində bərbərxana və gözəllik salonlarının iş fəaliyyətinin necə tənzimlənəcəyini açıqlayıb.
Qurumun mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Qaynarinfo-ya açıqlamasında bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara əsasən, ölkədə supermarketlər və apteklərdən başqa heç bir ictimai iaşə obyekti fəaliyyət göstərə bilməz:
"Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarların icrasına tam şəkildə nəzarət edir. Qadağaları pozanlarla bağlı müvafiq tədbirlər görüləcək".
Şərhlər