İdman 14:18 01.06.2013

“Bakı” rəhbərliyi istefaya göndərildi

“Bakı”nın prezidenti Hafiz Məmmədov klubda köklü islahatlara başlayıb. O, klubun bütün rəhbərliyini istefaya göndərib.

H.Məmmədovun belə radikal addım atmasına komandanın son mövsüm Azərbaycan çempionatı və kubokundakı uğursuz çıxışı səbəb olub.

Gələn həftə klubun yeni rəhbərliyinin formalaşacağı və komandaya yeni - ispaniyalı mütəxəssisin baş məşqçi təyin ediləcəyi gözlənilir.

Əldə etdiyimiz məlumata görə, bundan sonra "Bakı" rəhbəliyində əsasən ispaniyalı menecerlər təmsil olunacaq.  //Qol.az