Bakı sakininin ölümünə bu hasar səbəb olub (VİDEO)
Fevralın 4-ü güclü küləyin əsməsi nəticəsində Xətai rayonu Zeytun küçəsində yerləşən hasar Bakı şəhər sakini 1980-ci il təvəllüdlü Rüfət Səhrad oğlu Qasımovun üzərinə aşıb.
Qaynarinfo xəbər verir ki, 46 yaşlı kişi hadisə yerində həlak olub.
Qonşuların sözlərinə görə, ölən şəxs həmin ünvanda yaşamayıb. Onun Əmircan kənd sakini olduğu deyilir.
Daha ətraflı "Xəzər TV"nin hadisə yerindən hazırladığı süjetdə:
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər