İnnovasiya lideri Bakcell müştərilər üçün yeni rəqəmsal
satış platforması Bakcell Shop-u istifadəyə verib. shop.bakcell.comvasitəsilə istifadəçilər mobil cihazlar və müxtəlif texnoloji məhsulları onlayn
formada əldə edə biləcəklər.
Bakcell Shop-da smartfonlar ilkin ödənişsiz,
faizsiz və 18 ayadək hissəli ödəniş şərtləri ilə təqdim olunur. Smartfonu hissə-hissə
ödənişlə əldə edən müştərilərə hər ay 20 GB-dək hədiyyə internet təqdim edilir.
Bakcell Shop-da hissəli ödənişprosesi cəmi 1 neçə
klik və 1 dəqiqə ərzində tamamlanır. Proses tam rəqəmsal formatda həyata
keçirilir və ilkin ödəniş tələb olunmur.
Sifariş edilən məhsullar ödənişsiz çatdırılma ilə birbaşa göstərilən
ünvana göndərilir. Çatdırılma ölkənin bütün regionları üzrə təmin olunur.
Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir.
Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli
telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft
sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı
innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
Bakcell müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək
texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL
Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Şərhlər