XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

65 yaşlı çinli qadın süni intellekt istifadə etdi, 5 il özünü gənc həkim kimi göstərdi
Dünya20:44 24.09.2026

65 yaşlı çinli qadın süni intellekt istifadə etdi, 5 il özünü gənc həkim kimi göstərdi

Çində 65 yaşlı qadın süni intellektin köməyi ilə sosial şəbəkələrdə özünü 29 yaşlı həkim kimi təqdim edib.

Qaynarinfo “South China Morning Post”a istinadən xəbər verir ki, qadın bu yolla bir kişidən 25 min dollar pul alıb.

Kişi qadınla 2021-ci ildə tanış olub. Qadın nüfuzlu xəstəxanada həkim işlədiyini və ona tikinti işləri üzrə müqavilələr əldə etməkdə kömək edə biləcəyini bildirib. O, sosial şəbəkələrdə süni intellektin köməyi ilə yaradılmış gənc görünüşünü əks etdirən minlərlə video yayımlayıb.

Kişi “həkim”ə münasibət bəsləməyə başlayıb, lakin bir neçə il ərzində onlar heç vaxt şəxsən görüşməyiblər. Qadın bunu anasının guya münasibətlərə qarşı olması ilə izah edib və kişidən böyük məbləğdə cehiz pulu tələb edib, həmçinin daşınmaz əmlak almasını istəyib.

Beş ay ərzində kişi qadına təxminən 25 min dollar pul köçürüb. Vəd edilən işgüzar əlaqələr yaranmadıqda isə polisə müraciət edib. Araşdırma zamanı məlum olub ki, qadın 1961-ci ildə anadan olub, tibbi təhsili yoxdur və xəstəxanada xadimə işləyib.

İstintaq müəyyən edib ki, qadın görünüşünü dəyişdirmək və gənc həkim obrazı yaratmaq üçün süni intellektdən istifadə edib. Çindən olan qadın əldə etdiyi pulları estetik əməliyyatlara, şəxsi qulluğa və geyimə xərcləyib.

Məlumata görə, qadın daha əvvəl də dələduzluğa görə məhkum olunub. O, 2009-cu ildə dörd il müddətinə azadlıqdan məhrum edilib.

Aydın