Xəbər lenti

Gələn ilin ən böyük xərclərdən biri müdafiə və milli təhlükəsizlik olacaq
Ölkə18:24 24.09.2026

Gələn ilin ən böyük xərclərdən biri müdafiə və milli təhlükəsizlik olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hökumətin əsas və vacib prioritet xərc istiqaməti kimi dövlət büdcəsində ən böyük xərclərdən biri həmişə olduğu kimi hərbi-müdafiə və milli təhlükəsizliyinin daha da gücləndirilməsi xərcləri olacaq.

Qaynarinfo xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Nazirlər Kabinetində “2027-ci il dövlət və icmal büdcə layihələri və növbəti üç il üçün icmal büdcənin göstəriciləri, sosial-iqtisadi inkişaf proqnozları”nın müzakirəsində deyib.

Baş nazir bildirib ki, növbəti ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri 8,8 mlrd. manat təşkil edir (xərclərin 21%-i).